Sizin Reklam Burada

TİKA Azərbaycanda Cərrahi Əməliyyat Sonrası Qulluq təlimi təşkil edib

TİKA Azərbaycanda Cərrahi Əməliyyat Sonrası Qulluq təlimi təşkil edibTürk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən, Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TABİB) ilə birgə 07-12 oktyabr 2024 tarixlərində Azərbaycanın Bakı, Sumqayıt və Lənkəran şəhərlərində təşkil olunan “Cərrahi Əməliyyat Sonrası Qulluq (Maye-Elektrolit Reanimasıyası, Qidalanma, Şok Müalicələri) Təlimi”ndə 70 həkimə təlim verildi. Hər üç şəhərdə təşkil olunan təlimlərin açılış və sertifikat mərasimlərinə TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB nümayəndələri, xəstəxana rəhbərləri və həkimlər iştirak etdi.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycanda səhiyyə sektorunun inkişafına yönəlik layihə və fəaliyyətlərə xüsusi əhəmiyyət verir. Bu çərçivədə, səhiyyə müəssisələrinin texniki infrastrukturlarının inkişaf etdirilməsi, səhiyyə işçilərinin bilik və təcrübələrinin artırılması üçün təlim proqramlarının təşkil edilməsi və səhiyyə sahəsində təşkil edilən konfrans, simpozium və elmi tədbirlərə dəstək verir.

TİKA tərəfindən Azərbaycana dəvət olunan Ankara Etlik Şəhər Xəstəxanası Cərrahi Onkologiya Klinikasının təlimçisi Doç. Dr. Kazım Çağlar Özçelik; azərbaycanlı həkimlərlə cərrahi əməliyyat sonrası qulluq, maye-elektrolit reanimasıyası və qidalanma dəstəyi haqqında məlumat mübadiləsi aparıldığını, müasir dərslik və səhiyyə sahəsinə aid təqdimatları ilə dünya standartlarına uyğun təlimdə iştirak edən həkimlərin biliklərini yenilədiklərini qeyd etdi. Yıldırım Beyazıt Universiteti Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasının təlimçisi Doç. Dr. İsmail Ağababaoğlu isə; qardaş Azərbaycan'da çox faydalı keçən 6 günlük təlim müddətində cərrahi əməliyyat sonrası qulluq və cərrahi təcrübələrini paylaşma fürsəti tapdıqlarını və Azərbaycan səhiyyə sahəsindəki insan resursları infrastrukturunun inkişafına töhfə verdiklərini ifadə etdilər.

Proqramda çıxış edən TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TİKA-nın Azərbaycanda fəaliyyətə başladığı dövrdən indiyə qədər səhiyyə sektoruna aid 132 layihə həyata keçirdiyini və 2024-cü ildə həyata keçirilən “Azərbaycanda Xəstəxana İdarəçilərinə Xəstəxana İdarə edilməsi” təlim proqramı, “Türk Dünyası Birinci Kardiologiya Konfransı”, “20-ci Beynəlxalq Kardiologiya və Kardiovaskulyar Cərrahiyyədə Yeniliklər” konfransı, Səhiyyədə Türk Dünyasına Yenilikçi Baxış - Beynəlxalq Səhiyyə Turizmi Sərgisi kimi layihələrin səhiyyə sektorundakı əhəmiyyətini vurğuladı. TİKA Bakı Proqram Koordinatoru, bundan sonra da dost və qardaş ölkə Azərbaycan'ın səhiyyə işçilərinin bilik və təcrübələrinin artırılması məqsədilə təlim layihələrinin davam etdiriləcəyini bildirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər