Gömrük Akademiyası Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

Gömrük Akademiyası Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirirDövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi və əməkdaşları Türkiyədə səfərdə olub və İzmir Yüksək Texnologiya İnstitutu (İYTE), İstanbul Aydın Universiteti və Altınbaş Universitetində əməkdaşlığa dair görüşlər keçiriblər.

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunda keçirilən görüşdə iki universitet arasındakı gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general mayoru Qulu Novruzov və İYTE-nin rektoru Prof. Dr. Yusuf Baran arasında ikitərəfli Əməkdaşlıq Memorandumu imzalanıb.

Altınbaş Universitetin rektoru Prof. Dr. Çağrı Erhanla keçirilən görüşdə müzakirələrin nəticəsi olaraq Avropa İttifaqının Erasmus+ proqramı, beynəlxalq layihələr, kibertəhlükəsizlik və hər iki ölkə üçün aktual olan beynəlxalq ticarət məsələləri üzrə birgə tədqiqatları genişləndirmək barədə razılığa gəlinib. Bu məqsədlə, 2021-ci ildə Bakıda imzalanmış mövcud Anlaşma Memorandumu yenilənib və imzalanıb.

İstanbul Aydın Universitetin rektoru Prof.Dr. İbrahim Hakkı Aydın ilə təşkil edilən görüşdə isə ikitərəfli əməkdaşlığın qurulması, tələbə və işçi mübadiləsi, beynəlxalq layihələr, Erasmus+ proqramı çərçivəsində birgə tədqiqatlar və bilik mübadiləsi tədbirləri, həmçinin sektoral əməkdaşlıq kimi prioritetlər müzakirə edilib. Daha sonra Əməkdaşlıq Protokolu və Tələbə Mübadiləsinə dair Xüsusi Saziş imzalanıb.

Səfər çərçivəsində həmçinin Türkiyənin kibertəhlükəsizlik şirkətləri ilə əməkdaşlıq müzakirələri keçirilib. İzmir Yüksək Texnologiya İnstitutunun Texnoparkında fəaliyyət göstərən "Parta Networks" şirkətinin (Parta İnformasiya Texnologiyaları Proqram Təminatı və Məsləhətçilik Məhdud Məsuliyyətli Cəmiyyəti) Baş icraçı direktoru Destan Yılancı ilə keçirilən görüşdə kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib və ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. “GAİS” Kiber Təhlükəsizlik şirkəti ilə isə mövcud olan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər