Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsinin ərazisində seçicilərlə görüş keçirib.
Oktyabrın 12-si saat 11:00-da keçirilən görüşdə seçicilər kanalizasiya və su xətlərinin sıradan çıxdığına görə, zirzəmilərin su ilə dolduğunu və sanitar-gigiyenik normaların pozulduğunu diqqətə çatdırıblar.
Daha sonra sakinlər yaşadıqları ərazinin qış aylarında çox soyuq olduğundan, binalara istilik verilməsinin noyabrın 1-dən aprelin 30-dək olan dövrü əhatə etməsinin təmin olunmasını xahiş ediblər.
Seçicilər həmçinin, binalarda su çatışmazlığı, uşaqlar üçün oyun meydançalarının olmaması, işıqlandırma və digər problemlərlə bağlı məsələ qaldırıblar.
Millət vəkili səsləndirilən şikayətlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib.