Qazaxda 18 tələbə zəhərlənib
Qazaxda 18 tələbənin zəhərləndiyi bildirilib.
Məlumata görə, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının 18 tələbəsinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub,
Zəhərləndiyi bildirilən tələbələr bunlardır:
Sabirabad rayon sakini Ö. Rüstəmov (2003-cü il), Tovuz rayon sakinləri F.Rzayeva (2007) və İ.Niyazova ( 2001), Gəncə şəhər sakini F.Süleymanova (2007), Yevlax rayon sakini F.Nəsibova (2005), Ağstafa rayon sakinləri Ş.Məmmədova (2005) və N.Hacıyev (2005), Daşkəsən rayon sakini C.İsrafilov (2005), Mingəçevir şəhər sakini S.Əliyeva (2007), Şəmkir rayon sakini N. Əmirova (2004), Beyləqan rayon sakini R.Mədətov (2004), Ağcabədi rayon sakini M.Qasımova (2005), Şamaxı rayon sakini N.Məlikov (2003), Qazax şəhər sakini R.Məmmədli (2006), Gədəbəy rayon sakini G.Bağırova (2005), Kəlbəcər rayon sakini M.Şahbazov (2005), Goranboy rayon sakinləri O.Cəfərov (2004) və A.İsgəndərova (2005).
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra tələbələr evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun