Sizin Reklam Burada

Mustafayevin mağazasından 330 minlik saat oğurlandı

Mustafayevin mağazasından 330 minlik saat oğurlandıBakı şəhər Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən "VMF Continental” mağazasından oğurluq edilib.

Avrasiya.net Qaynarinfo.az-a istinadla xəbər verir ki, mağazaya müştəri qismində gələn naməlum şəxs oktyabrın 9-u saat 17 radələrində oradan bahalı saatı oğurlayıb. Həmin şəxs dəyəri 330 min manat olan bir ədəd "Breguet” markalı qol saatını gizli şəkildə götürərək uzaqlaşıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Çin vətəndaşı Zhang Guomin oktyabrın 10-u saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci, yəni külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər