Sizin Reklam Burada

Həkimin vicdanı susanda...

Həkimin vicdanı susanda...Rəvayət edirlər ki, imanlı bir abid ucqar bir məmləkətə gedib çıxır. Bir müddət burada yaşadıqdan sonra adamların necə məkirli, yalançı, halal-haram bilməyən, kim kimi harada tutdusa hərifləyən və s. mənfi xüsusiyyətləri özündə ehtiva etdiklərini görür. Əlini göyə açıb sual verir: İlahi Pərvərdigarə, Sən bütün bunlara necə dözürsən? Niyə bu allahsızlar məmləktini yer üzündən silmirsən? Deyilənlərə görə, çox keçmir ki, cavab gəlir: “Hələ də bu məmləkətdə üzünü mənə çevirib ibadət edən, insanların hidayət olunmasını diləyən bir adam var. Üzünü məndən çevirən gün bu məmləkəti viran qoyacam.” Məni qınamayın, artıq Azərbaycan bunun bir addımlığındadır...

İkinci Qarabağ müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hazırda xidmətdə olan, Ağayev Orucəli Mehti oğlu ürək ağrısı ilə Səhiyyə Nazirinə, TƏBİB-ə İcbari Sığorta İdarəsinə ürək ağrısı ilə yazır:

“Bildirirəm ki, 2 oktyabr 2024-cü il tarixində həyat yoldaşım Sara İsayeva Respublika Klinik Xəstəxanasında Həkim-Ginekoloq Günel Qəhrəmanova tərəfindən qeysəriyyə əməliyyatı olunub. Həkimin səhlənkarlığı nəticəsində xəstənin vəziyyəti ağırlaşmış, komaya düşmüşdür. Günel Qəhrəmanova bunu bizdən gizlətsə də ,lakin gecə reanimasiya həkimlərinin təkidi əsasında, xəstə sağ qalması üçün, özəl klinikaya təxliyyə edilmişdir və hazırda ağır vəziyyətdə həmin klinikada müalicə alır. Həkim Günel Qəhrəmanova ondan şikayət edilməyəcəyi təqdirdə müalicə xərclərini şifahi şəkildə öz üzərinə götürsə də hazırda bundan imtina edir. Mənim və ailəmin maddi durumu həmin xərcləri ödəməyə kifayət etmir. Xahiş edirəm, həkim Günel Qəhrəmanov aidiyati qurumlar tərəfindən məsuliyyətə cəlb edilsin və xəstənin məsrəflərinin ödənilməsinə köməklik göstərilsin.”

Məsələyə daha yaxından yanaşanda məlum olur ki, xəstə Sara İsayeva Respublika klinik xəstəxanasının doğum şöbəsində qeysəriyyə əməliyyatı keçirmişdir. Həkimi Günel Qəhrəmanova olsa da, hamiləlik dövründə xəstəyə həkim Qəhrəmanovanın anası Almaz həkim baxmışdır. Almaz həkimin təkid və yönləndirməsi ilə birinci doğum olmasına baxmayaraq, xəstə məhz qızı- Günel Qəhrəmanovaya yönəldilmiş, qeysəriyyə əməliyyatı onun tərəfindən həyata keçirilmişdir. Hər yoxlanışda həm hamiləlik dövrü, həm də əməliyyat zamanı Almaz həkim və qızı Günel həkim tərəfindən tələb olunan məbləğdə pul önlara çatdırılmışdır. Əməliyyat zamanı uşaq sağlam dünyaya gəlsə də anası qazi həyat yoldaşına mesaj yazaraq bildirib ki: "Mənə Günel həkimin təyinatı ilə iynə vurulandan sonra, halım pisləşib, yaxşı deyiləm".
Bir müddət sonra yenidən mesaj yazaraq bildirib ki "mən çox pis vəziyyətdəyəm" və bu mesajdan sonra əlaqə kəsilib. Sonrakı bir neçə saat ərzində xəstə ilə əlaqə saxlamaq mümkün olmayıb. Yalnız bir neçə saatdan sonra xəstəxananın reanimasiya şöbəsindən xəstənin yaxınlarına məlumat verilib ki: "Sara reanimasiyaya yerləşdirilib". Əməliyyat həkimi Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda bildirib ki: "Mən evə getmişəm, xəstə reanimasiyadadır". Bundan sonra həkimə xəstənin durumu ilə əlaqədar dəfələrlə zəng etdikdən sonra o xəstəxanaya geri qayıtmış, xəstənin yaxınlarına xəstənin durumu ilə bağlı müxtəlif bəhanələr gətirmiş, guya onun əvvəlcədən qanında infeksiya olduğunu bildirmişdir. Əvvəlcə ətraflı məlumat verilməsə də, gecə saatlarında reanimasiya şöbəsindən həkimlər və Günel həkim özü bildirib ki: "Xəstənizin qanın nahiyəsinə vurulmuş iynənin təsiri nəticəsində parçalanma baş verib və infeksiya öz gücünü göstərib. Burada qanı təmizləmək üçün lazımi plazmafarez avadanlığı olmadığından xəstə komaya düşüb və təcili həmin avadanlığı olan özəl klinikaya aparın, burada qalsa 1-2 saata öləcək..." Bundan sonra xəstə "Liv Bona Dea" özəl xəstəxanaya aparılmışdır. İntensiv müalicə aparılsa da hal-hazırda trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə koma vəziyyətindədir. Müalicə ilə əlaqədar özəl xəstəxanaya ödənilməli olan böyük maddi xərclər var.
Həkim Günel Qəhrəmanova isə xəstənin yaxınlarına yalvararaq bildirib ki, "mənim günahımdan xəstə bu duruma düşdüyü üçün sağalanadək bütün xərcləri öhdəliyimə götürürəm" Hətta əvvəlki gün bəzi xərcləri xəstəxanaya ödəmişdir də. Lakin sonrakı gün imtina edərək bildirib ki: "Mən heç bir ödəniş etməyəcəyəm, kimə şikayət edirsiz edin!"

Xəstənin həyat yoldaşı İkinci Qarabağ müharibəsi qazisi olmaqla hal hazırda Qarabağ bölgəsində ön xətdə xidmət edir. Xəstənin valideynlərinin xəstəxananın xərclərini ödəməyə heç bir imkanı yoxdur. Həkim Günel Qəhrəmanovanın cinayətkarcasına səhlənkarlığı nəticəsində ölümə məhkum edilmiş Sara İsayeva üçün xəstəxanaya ödənişlər olmasa, müalicəsi dayandırılacaq. Həkim Günel Qəhrəmanova və Respublika Klinik Xəstəxanasının rəhbərliyi isə edilən müraciətlərə heç bir reaksiya vermir...

Bəli, həkim vicdanını itirəndə, heç Allahı da tanımır. Qazanmaq, varlanmaq xatirinə insanların sağlamlığı ilə “VALS” oynayır...

İnanmaq istəyirəm ki, Qarabağ qazisinin- hazırda ön xəttə xidmət edən Orucəli Ağayevin harayı tezliklə aidiyatı qrumlar tərəfindən eşidiləcək...

Elman Eldaroğlu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər