“ Vətənpərvər Maarifçi Gənclər “ layihənin icrasını davam etdirir

“ Vətənpərvər Maarifçi Gənclər “ layihənin icrasını davam etdirirSosialmedia.az xəbər verir ki, “ Vətənpərvər Maarifçi Gənclər “ ictimai birliyi Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili istiqamətində gəzintilər və məktəblilərlə görüşlər” layihəsini həyata keçirir.

Layihənin növbəti tədbiri Şuşa 1 nömrəli məktəbdə keçirildi. Şagirdlərlə görüşə Vətən Müharibəsi iştirakçıları Murad Həmidov və Rasim Şahməmmədov dəvət olumuşdular.

Layihə rəhbəri Aysunay Həsənova qonaqları və layihənin heyəti təqdim etdi.

O, qeyd etdi ki,layihənin məqsədi müharibə iştirakçılarının asudə vaxtını təşkil etməklə, onları cəmiyyətə həm tanıtmaq, təbliğ etmək, həm də məktəblilərə vətən yolunda fədakarlıq göstərənləri nümunə göstərməkdir.

Müharibəsi iştirakçıları Murad Həmidov və Rasim Şahməmmədov onlara göstərilən dövlət qayğısından,verilən imtiyazlardan söz açdılar. Xüsusi vurğuladılar ki, elə bu görüşün özü də vətənpərvərliyin təbliğində böyük rol oynayır. Gənc nəsil də görür ki, onlar unudulmayıblar.

Daha sonra şagirdlərdən Nilgün Əliyeva, Fərəh Hüseynli, Firudin Rüstəmov,Hüseyn Abbasov,Seymur Xuduzadə, Uğur Əsgərzadə,Aydan Vəkilova Vətən Müharibəsi iştirakçıları Murad Həmidov və Rasim Şahməmmədova onları maraqlandıran suallarla müraciət etdilər. Ən maraqlı anlardan biri də şagirdlərin müharibədə iştirak edən öz doğmaları haqqında danışdıqları idi. Kədərli, sevincli anlar yaşanırdı. Çünki Vətən Müharibəsi iştirakçıları cəbhədaşlarını, şagirdlər isə şəhid olan doğmalarını xatırlayırdılar.

Bu görüşdən hər kəs razı idi. Məktəblilər xahiş etdilər ki, bu məktəbdə belə görüşlər çox keçirilsin.

Tədbirin sonunda şirniyyat və çay süfrəsi ətrafında söhbətlər davam etdirildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər