Sizin Reklam Burada

İctimai Birlik daha bir görüş keçirib

İctimai Birlik daha bir görüş keçirib"Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyi layihənin icrasını davam etdirir.

“Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili” layihəsi Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri, Layihə rəhbəri Şəbnəm Rəfaelqızının YeniZamantv.az-a verdiyi xəbərə görə ictimai birliyin növbəti tədbiri qazilərlə olub.

Tədbirdə eyni zamanda QHT və sayt nümayəndələri də iştirak ediblər. Layihə rəhbəri Şəbnəm Rəfaelqızı tədbiri şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra layihə barədə geniş məlumat verib.Qeyd edib ki, layihənin tədbirlərindən biri Şamaxıda baş tutub.

Bu görüş isə psixoloq məsləhəti, qonaqların söhbəti ilə yadda qaldı. Layihənin psixoloqu Vəfa Abbasova qazilərlə bir neçə seans görüş keçirdiyini vurğulayaraq, müharibə səhnələri, stress məqamlarından qurtarmaqları üçün şəhid ailələrinin, qazilərin davamlı psixoloqlarla görüşlərinin olmasının vacibliyini qeyd etdi. Söhbət əsnasında bir neçə seans keçirdi.

Vəfa Abbasovanın qazilərlə sual-cavabı əsnasında məlum oldu ki, istər görüşlər, səyahətlər, istərsə də seanslar öz bəhrəsini veməkdədir. Layihə rəhbəri Şəbnəm Rəfaelqızı , psixoloq Vəfa Abbasova da vurğuladılar ki, hər zaman həssas qrupların yanında olmağa hazırdılar.

QHT rəhbərləri Bəsti Nəsibova, Mətanət Əsgərqızı, İradə Polad layihəyə uğurlar dilədilər. Müharibə görmüş qazilərin, stress yaşamış şəhid ailələrinin qayğısına hər kəsin qalmasının vacibliyinə diqqət çəkdilər. Səmimi söhbət əsnasında çay süfrəsi düzənlənərək söhbətlər davam etdirildi.

Layihə rəhbəri Şəbnəm Rəfaelqızı iştirakçılara, qonaqlara , xüsusi ilə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu layihənin həyata keçməsinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə minnətdarlığını bildirdi ki,tədbirin məkanının verilməsinə dəstək olublar. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Günay Məmmədli “Qadın və Cəmiyyət” Vətəndaş Maarifçiliyi ictimai birliyinə minnətdarlıq bildirdi ki, uzun müddətdir qurumun şəhid ailələrinə,qazilərinə qayğılar göstərərək İsmayıllı,Şamaxı, Bakıda görməli, gəzməli yerlərə səyahətlərə aparıb. Davamlı psixoloqlarla görüşlər təşkil edib.

Şəhid ailələri, qazilər də belə layihələrlə dövlətin həssas qruplara qayğısını təbliğ edən layihə rəhbəri Şəbnəm Rəfaelqızına minnətdarlıqlarını bildirdilər.

Tədbirdə foto-video çəkildi. Layihə rəhbərinin köməkçisi iştirakçı siyahısını tərtib etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər