Göygöldə sakinlər arasında məmnunluq sorğusu keçirilib

Göygöldə sakinlər arasında məmnunluq sorğusu keçirilibGöygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində vətəndaşlar arasında məmnunluq sorğusu keçirilib.

Sorğunun məqsədi sakinlər arasında İcra hakimiyyəti və strukturlarının fəaliyyətinin qiymətləndirilməsi, elektron xidmətlərdən istifadə, həmçinin, turizm potensialının inkişafı və sair sahələr üzrə fikir və təkliflər öyrənilməsi olub.

Göygöl şəhəri, Balçılı, Toğanalı, Yeni Zod, Sarısu, Topalhəsənli, Şəhriyar, Dozular kənd və Göygöl Milli Park ərazisində “ASAN Könüllülər” təşkilatı, YAP Gənclər təşkilatı, Göygöl Gənclər Evi və Aqrar İnkişaf könüllərinin dəstəyi ilə keçirilən sorğuda 300-dən çox vətəndaş iştirak edib.

Sorğunun nəticələrinə əsasən sakinlər böyük fəallıq göstərərək, yeni turizm subyektlərinin formalaşdırılması, aqrar sahədə olan su probleminin aradan qaldırılması, internetin sürətinin artırılması, qazlaşdırılmamış ərazilərə qaz xəttinin çəkilməsi, yeni yaşayış massivlərində yolların asfaltlanması və sair məsələlərlə bağlı təkliflər irəli sürüblər.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər