Qaxda arının sancdığı kişi ölüb
Dərc olunub:
23-04-2023, 15:42
Qaxın Qıpçaq kəndində 58 yaşlı kişi arı sancmasından ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakini 1965-ci il təvəllüdlü İsmayıl Mahmudovu qonaq getdiyi kənddə arı sancıb.
Əraziyə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Halı pisləşən 58 yaşlı İ.Mahmudov dünyasını dəyişib.
Son xəbərlər
