Paşazadədən İranın bayram təxribatına ETİRAZ

Paşazadədən İranın bayram təxribatınaMüsəlmanlar arasında Ramazan bayramı ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, ötən gün Azərbaycanla yanaşı dünyanın bir çox ölkələrində Ramazan bayramı qeyd olunsa da, İran buna qarşı çıxıb və guya Ayın görünmədiyini iddia edib. Bu səbəbdən İranın dini baxışlarını dəstəkləyən şəxslər Ramazan bayramını bu gün - aprelin 22-də qeyd edirlər.

Molla rejiminin sərgilədiyi mövqe ölkəmizdə çaşqınlığa səbəb olub. Dünəndən bəri sosial şəbəkələrdə İrana bağlı qrupların təbliğat xarakterli paylaşımları xüsusilə diqqət çəkir. Şübhə yoxdur ki, onların əsas məqsədi Azərbaycandakı müsəlmanlar arasında təfriqə yaratmaqdan ibarətdir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə bildirib ki, İran hər şeyi özününkiləşdirmək istəyir.

"Azərbaycanda rəsədxana olduğu üçün bizim alimlərimiz bayramın dünən olduğunu elan etmişdilər. Dünyada bayramı bu gün qeyd edənlər var və onlardan biri də İrandır. Hər il dünya ölkələri Ramazan bayramını qeyd edəndə İran ya bir gün əvvəl, ya da sonra qeyd edir. Bu, onların xilqətində olan bir şeydir. İran hər şeyi özününkiləşdirmək məqsədində olan dövlətdir. Hətta, İran dindən bu formada istifadə edir. İran hər zaman özünü din baxımından öndə gedən ölkə hesab edir. Ona görə də həm dində, həm də siyasətdə ayrıseçkilik yaranır. Bizdə də müəyyən mənada İrana uyanlar var. Mən arzu edərdim ki, bunlar olmasın. Əfsuslar olsun ki, hələ də belə hallara rast gəlirik", - deyə deputat vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər