Anar Əsədli Əbülfəz Elçibəyin köməkçisini də aldadıb

Anar Əsədli Əbülfəz Elçibəyin köməkçisini də aldadıbElçibəyin köməkçisi partiya sədrinin həbsindən danışdı: "Anar Əsədli bizə başqa yol saxlamadı, o, iş görmək adı ilə..."

Xəbər verildiyi kimi, dünən "Bandotdel"ə çağırılan Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs olunub.

Avrasiya.net xəbər verir ki, o, ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

Məlumata görə, Anar Əsədliyə qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Anar Əsədlidən şikayətçi olanlardan biri də sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovdur.

Avrasiya.net-in məlumatına görə, Anar Əsədlinin həbsi ilə bağlı Cebhe.info-ya danışan Oqtay Qasımov deyib ki, partiya sədrinin həbs xəbərini az öncə alıb:

“Əlbəttə, hansısa bir şəxsin həbs olunması təəssüfverici amildir, xüsusi də tanıdığın adam olanda. Anar Əsədli ilə uzun zaman öncədən münasibətimiz olub. Amma o, bu münasibətlərdən sui-istifadə edib və iş görmək adı ilə məndən vəsait alıb. Sonradan isə məlum oldu ki, məndən alınan vəsait işə yatırılmayıb. Həmin vəsaiti geri tələb edəndə isə, qaytarmaqdan imtina etdi. Bizə də hüquq-mühafizə orqanlarına müraciət etməkdən başqa yol buraxmadı. Bu səbəbdən də, 2020-ci ilin oktyabr ayında onun əməllərindən hüquq-mühafizə orqanlarına şikayət etmişəm.

Mənimlə bərabər, Zəngilan rayon İcra Hakimiyyətinin keçmiş başçısı İlham Hüseyn də şikayətçi olub. Məlum olub ki, Anar Əsədli bu cür hərəkətləri başqa şəxslərə qarşı da törədib. O, dövrdən bu günə qədər araşdırmalar aparılır. Hesab edirəm ki, uzun müddət aparılan istintaq geniş və hərtərəfli olub və nəticədə belə bir qərar verilib. Təəssüf edirəm ki, Anar Əsədli bizə başqa yol saxlamadı, özünə isə bu yolu seçdi”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər