İmişlidə bayram gərginliyi: Axund İrandan tapşırıq alır

İmişlidə bayram gərginliyi:Ramazan bayramı ilə bağlı müzakirələr davam edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fitvaya görə, aprelin 21-i Ramazan bayramıdır. Artıq bayram namazı qılınıb. QMİ-dən bildirilib ki, bu gün oruc tutmaq günahdır.

Avrasiya.net Globalinfo.az-a istinadən xəbər verir ki, bəzi qruplar yenidən çaşqınlıq yaratmağa çalışır. Bayramın bu gün olmadığını, orucluğun davam etdiyini deyirlər, bu haqda sosial şəbəkələrdə təbliğat aparırlar. Bu qrupların İrana bağlı olması ilə bağlı iddialar səsləndirilir.

Bəzi rayonların axundları bu təxribatlarda birbaşa iştirak edir. Məlumatda deyilir ki, İmişli rayonunun axundu İrandan aldığı tapşırıqla Ramazan bayramının bu gün olmadığını elan edib. Rayon sakinləri iddia edirlər ki, axund İrandakı mərkəzlərdən göstəriş aldığı üçün belə edir.

Sakinlərin bildirdiyinə görə, hazırda rayonda çaşqınlıq yaranıb. Rayonun inanclı insanlarının yarısı orucu bu gün açıb, yarısı da İran təqviminə uyğun olaraq sabah açacağını deyib. Rayonun axundunun telefonunu söndürərək, İmişlidən qaçdığı haqda məlumat dolaşır.

Xatırladaq ki, Prezident İlham Əliyev xalqı Ramazan bayramı münasibəti ilə təbrik edib. Azərbaycanda Ramazan bayramı bu gün qeyd edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər