Ramazan işığı yolunuza işıq salsın!

Ramazan işığı yolunuza işıq salsın!İslamda qeyd olunduğu kimi, Ramazan mərhəmət, səbr, Allaha yaxınlaşma, günahlardan təmizlənmə və digər keyfiyyətləri özündə ehtiva edən zəruri məqamdır. Allah möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə edir. Gerçəkdən səmimi qəlbdən oruc tutmaq, öz nəfsinə məhdudiyyət qoymaq, bu dini ritullar vasitəsilə Allahın möcüzəsidir.

Digər tərəfdən bu orucluq məqamı bir çox yolunu azmışlara, böyük sərvətlərdən başını itirənlərə, cəmiyyətədəki dəyərlərə həqarətlə yanaşanlara bir insanlıq mesajıdır. Nəfsani istəklərdən uzaqlaşmağa, ədəb-ərkana, ən azından yoxsullar haqqında düşünməyə çağrışdır. Bu müsbət tendensiyanın Ramazandan sonrakı dönəmlərdə də geniş tətbiqi zəruridir.

Orucluğun mahiyyəti yalnız mədəni ac saxlamaqla yekunlaşmamalıdır. Mənim qənaətimcə, Ramazanın sosial, fəlsəfi, tibbi mahiyyəti cəmiyyətə islam alimləri tərəfindən daha peşəkar səviyyədə çatdırılmalıdır. Təəssüf ki, savadsız, təfriqə yaradan din adamlarının çıxışları islamın əsl mahiyyətinə kölgə salır. Bu baxımdan sivilizasayalı islamı dərk edən, elmli, dürüst islam alimlərinin geniş maarifçilik işlərinə ehtiyac hiss edirik. Allah Hacı Şahin Həsənliyə rəhmət eləsin. Onun yeri, yoxluğu hiss olunur.

Yekunda Ramazan bayramı münasibətilə hər kəsi təbrik edirəm. Ramazan işığı yolunuza işıq salsın, həyatınıza, ömrünüzə bərəkət gətirsin!

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər