İcra başçısı müavininin təpiklə vurduğu fəhlədən üzr istədi

İcra başçısı müavininin təpiklə vurduğu fəhlədənTərtər Rayon İcra Hakimiyyəti “Dost” İş Mərkəzinin əməkdaşı (fəhlə) Aydın Şahverdiyevin icra başçısının müavini Abbas Cavadov tərəfindən təhqir edilməsi, ona təpik vurması barədə məsələyə aydınlıq gətirib.

RİH tərəfindən Pravda.az-a verilən açıqlamada qeyd olunub ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Aydın Şahverdiyevi icra başçısının birinci müavini Elvin Umudovun və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin rəisi Saleh Qəhrəmanovun iştirakı ilə qəbul edib.

“Qəbul zamanı Aydın Şahverdiyev Abbas Cavadovun ona iş yoldaşlarına münasibətinə və gördüyü işə məsuliyyətsiz yanaşması ilə bağlı öz iradını bildirdiyini, onun bu iraddan əsəbləşərək Abbas Cavadovla mübahisə etdiyini və əsəbi halda ondan “Pravda.az” saytına şikayət etdiyini deyib. Aydın Şahverdiyev hazırda Abbas Cavadovloa münasibətinin normal olduğunu, ondan heç bir şikayəti olmadığını bildirib”, — açıqlamada deyilib.

Aydın Şahverdiyev də deyilənləri Pravda.az-a açıqlamasında təsdiqləyib: “İcra başçısı məni qəbul etdi, ikiəlli görüşdü, üç dəfə üzr istədi. Bildirdi ki, bu, onun adına ləkədir, Abbas Cavadovu tənbeh edəcək. Dedim ki, müavin özünü idarə edə bilmirsə, getsin dincəlsin. Bizi Abbas Cavadovla heç üz-üzə də gətirmədilər. Bu münasibətin qarşılığında mən də məsələni bağladım”.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər