Rafiq Tağının qardaşı DTX-yə müraciət etdi - Video

Rafiq Tağının qardaşı DTX-yə müraciət etdi -11 il öncə qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının yaxınları qətllə bağlı açılmış cinayət işinin yenilənməsini istəyib.

Axar.az ”AzadlıqRadiosu”na istinadən xəbər verir ki, Rafiq Tağının qardaşı İlqar Tağı müvafiq qurumlara müraciət edib.

O, yeni istintaq qrupunun yaradılmasını və qətlin araşdırılmasını tələb edib:

“İstintaqı daha dərin aparmaq laızm idi. Səthi aparıldı. Ona görə də, istintaq nəticə vemədi, yaxud da nəticələri qəsdən gizlədildi. Hesab edirəm ki, Fazil Mustafaya edilən sui-qəsddən sonra Rafiq Tağının istintaqı da yenilənməlidir. Təzə istintaq qrupu müəyyənləşdirilməlidir. DTX, Baş Prokurorluq və DİN-dən ricam budur ki, Rafiq Tağının məsələsinə təzə istintaq qrupu təşkil edilərək yenidən baxılsın”.

Qeyd edək ki, R.Tağı 2011-ci ilin noyabrında işdən evə gedərkən yolda bıçalanıb. O, 4 gün sonra xəstəxanada vəfat edib.

R.Tağının qətli ilə bağlı başlanmış istintaq işi təxmini 2 il sonra dayandırılıb. Rəsmi izahda cinayəti törədənin müəyyən edilməməsi göstərilib.

Məsələ ilə bağlı Baş Prokurorluğa edilən müracitələr nəticəsiz olub.

Daha ətraflı videoda:

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər