Gənclər ictimai həyatın bütün sferalarında fəallıqları ilə seçilirlər

Gənclər ictimai həyatın bütün sferalarında fəallıqları ilə seçilirlərAzərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə mühüm nəticələrə nail olunub. Müasir dövrdə hər bir gənc onlar üçün yaradılmış şəraitin dəyərini bilməli, Vətəni, xalqı üçün faydalı insan olmağa çalışmalıdır.

Hal-hazırkı dövrdə, təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi və yüksəldilməsi çox mühüm rol oynayır. Tələbər təhsil aldıqları dövrdə yalnız nəzəri biliklərlə kifayətlənməməlidirlər. Gənclər həm də öz sahələrinə uyğun müvafiq ictimai fəaliyyətlə məşğul olmağa çalışmalıdırlar. Çünki ali təhsil müəssisələrində təhsil müddəti zamanı qazandıqları bilikləri ictimai fəaliyyətlərində tətbiq edərək, həm də praktiki biliklərə yiyələnirlər. Bu da öz növbəsində onların gələcək fəaliyyətlərinin uğurlu və effektiv olmasına gətirib çıxarır. İctimai fəaliyyətlə məşğul olmaq, tələbəyə təhsil müddətində əldə etdiyi bilikləri real həyatda tətbiq etmək bacarığını inkişaf etdirməyə kömək edir.

Bir çox hallarda gənclərin ictimai fəaliyyəti daha çox onların idarəetmə orqanlarında, seçkili strukturlarda təmsili kimi xarakterizə edilsə də, ictimai fəallığa fərdi aktivasiya kimi baxılmamalıdır.Bu proses fərdi qaydada aktiv ictimai fəallıq nümayiş etdirən gənclərin təşkilatlanması ilə daha geniş vüsət alır. Bu nöqteyi - nəzərdən, gənclərin ictimai fəallığının ilk addımları məhz gənclər təşkilatlarından başlayır.

İctimai fəaliyyətlə məşğul olmaq tələbələrin daha yaxşı formalaşmaları üçün müəyyən şərait yaradır. Bildiyimiz kimi Azərbaycan beynəlxalq arenada "Gənclər ölkəsi" kimi də tanınır. Buna səbəb Azərbaycan əhalisinin böyük əksəriyyətinin gənclərdən ibarət olmasıdır. Məhz buna görədə ölkəmizdə "gənclərlə iş" və "gənclər siyasəti" prioritet istiqamətlərdən biri hesab olunur. Dövlətimiz hər zaman gənclər siyasətinin uğurlu fəaliyyətinin təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Cənab prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etməsi dövlət başçısının və öz növbəsində dövlətimizin bu sahəyə verdiyi önəmin bariz nümunəsidir. Dövlətimiz gənclərin hərtərəfli inkişafı üçün lazımı şəraiti yaradır. Hal-hazırda Azərbaycanda bir çox gənclər təşkilatları, ictimai birliklər, könüllü təşkilatları fəaliyyət göstərir. Biz gənclərin də üzərinə düşən bizə yaradılmış bu şəraitdən düzgün istifadə edib, özümüzü inkişaf etdirməkdir. Gənclərin özlərini inkişaf etdirmələri və formalaşdırmaları ölkənin savadlı kadr nümayəndənlərinin sayının artmasına yol açır. Savadlı gənclərin artması isə öz növbəsində ölkəmizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Aygün Ağazadə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə ixtisasının 2 kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər