Sizin Reklam Burada

Qasım Süleymaninin Azərbaycan planı üzə çıxdı

Qasım Süleymaninin Azərbaycan planı üzə çıxdıİranın rəsmi “İran” qəzeti “Hüseyniyyun” terror qruplaşmasının üzvləri ilə müsahibə dərc edib.

Axar.az xəbər verir ki, bu müsahibə Azərbaycan hakimiyyətini hədələmək və aşağılamaqla yanaşı, bəzi həqiqətləri də üzə çıxarıb.

“Hüseyniyyun” terror qruplaşmasının qurucusu Tövhid İbrahim Bigli müsahibəsində Qasım Süleymaninin bu qrupun yaranmasındakı rolu haqqında deyib:

“Hacı Qasım bir gün Suriyada müharibənin bitəcəyinə inanırdı, lakin müqavimət oxunun işi İsraillə birlikdə Cənubi Qafqaza köçəcəkdi. Bu səbəbdən o, strukturlardan yan keçərək “Hüseyniyyun”un nizamnaməsini imzaladı”.

Bu müsahibədə iştirak edən terror qruplaşmasının digər üzvləri Orxan Məhəmmədov, Musa Əsədzadə və Əkrəm Hacızadədir.

“Hüseynyun” terror qruplaşmasının üzvləri 2018-ci ildə Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdinin məsuliyyətini dolayısı ilə öz üzərlərinə götürürlər.

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ-ın zərbələri nəticəsində İraqda öldürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər