Sizin Reklam Burada

Komitədə bir sıra qanun layihələri müzakirə olunub

Komitədə bir sıra qanun layihələri müzakirə olunubDünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin geniş formatda iclası keçirilib.

Gündəliyə 4 məsələ - “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), habelə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş), “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş), “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələri daxil edilib.

İclasda Energetika naziri Pərviz Şahbazov, Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri Samir Axundov, Energetika nazirinin müavini Samir Vəliyev, nazirliyin şöbə müdirləri Ələsgər Həsənov və İbrahim Ağayev iştirak ediblər.

Eyni zamanda qanun layihəsi ətrafında aparılan müzakirələrdə parlamentin komitə sədrləri Qənirə Paşayeva, Tahir Mirkişili, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Asim Mollazadə, Elnur Allahverdiyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Razi Nurullayev, Müşfiq Məmmədli, Arzu Nağıyev çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Qanun layihələrinin müzakirəsindən sonra hər biri plenar iclasın gündəliyinə tövsiyə olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər