Komitə sədrinin təşəbbüsü ilə 100 imkansız ailəyə Ramazan sovqatı çatdırılıb
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun təşəbbüsü ilə yenidən Şabran rayonunda 100-ə yaxın aztəminatlı ailəyə Ramazan sovqatı paylanıb.
Hər bir ailə millət vəkilinin xeyirxahlığından məmnunluq ifadə edib, ondan razı qaldıqlarını söyləyib, hər zaman qayğı və diqqətini hiss etdiklərini deyib.
Həmişə olduğu kimi bu dəfə də sovqatları ailələrə Sadiq Qurbanovun köməkçisi Elnur Rəhimov və Murad Kazımov təqdim edib. Onlar sovqatı təqdim etməklə yanaşı, ailələrin qayğıları ilə maraqlanıb, problemlərini dinləyib, lazımı qeydiyyat aparıblar.
Aksiyanın davamlı olacağı bildirilib.
Belə xeyirxah təşəbbüsdə olan və bu işdə əməyi keçən hər kəsə Allah kömək olsun.