Sizin Reklam Burada

“Süd verən inəyi satmazlar” - Deputat narazılığını bildirdi

“Süd verən inəyi satmazlar” - Deputat narazılığını bildirdi"Rəqabətin olması üçün inhisarçılıq aradan qaldırılmalıdır. Bu gün dövlət inhisarçı olmamalıdır".

Avrasiya.net xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“El arasında belə bir misal var ki, süd verən inəyi satmazlar. Siz nə üçün gəlirlə işləyən sahədə liberallaşmaya başlayırsınız? Dünyanın hər yerində ilk növbədə gəlirlə işləməyən sahələr özəlləşdirməyə çıxarılır. Belə fikir yaranır ki, özəlləşdirmədə məqsəd o sahədə xidmətin keyfiyyətini yüksəltmək, rəqabət mühiti yaratmaqla tarifləri aşağı salmaq yox, gəlirli sahəni ələ keçirməkdir.

Əlbəttə, ilkin dövrlərdə qiymətlər qalxa bilər. Özəlləşdirmədə milyardlarla vəsaiti səmərəsiz istiafdə ediblər. Vətəndaşların və dövlətin üzərinə xeyli borc yığıblar. Həmin sahələrdən başlamaq lazımdır. Beynəlxalq Bank dövlətə nə qədər ziyan vurdu? Neçə vaxtdır deyilir ki, Beynəlxalq Bank özəlləşdirməyə çıxarılsın. Baxın, AZAL-da qiymətlər hara qalxıb. Zaman-zaman deyilir ki, qiymətlər aşağı salınsın. Rəqabətə mühiti olmadığı üçün qiymətlər aşağı düşmür”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında iştirak edən energetika naziri Pərviz Şahbazov enerji sahəsində qiymət artımının olmayacağını söyləyib:

“Milli Məclisdə deputatlar tərəfindən “Elektroenergetika haqqında” qanunun müzakirəsi zamanı narazılıqlar olub. Qeyd edim ki, qanunun qəbulu qiymətlərin artması demək deyil. Qanunun qəbulu ilə tariflər tənzimlənəcək. Eyni zamanda qiymətlərin artması hələ nəzərdə tutulmur. Qanun bazarda rəqabət mühitinin yaranması üçündür”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər