11 aprel 2018-ci il - Yeni inkişaf dövrünün başlanğıcı

11 aprel 2018-ci il - Yeni inkişaf dövrünün başlanğıcı2018-ci il aprel ayının 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmiş və görkəmli dövlət xadimi, yeni əsrin yeni lideri Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74,3% iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin - 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Xalqın bu yüksək etimadı əslində ölkə başçısının ötən müddətdə Azərbaycanın 15 ildə əsrə bərabər inkişaf yolu keçməsi ilə nəticələnən fəaliyyətinə verilmiş qiymət idi. Ötən müddət ərzində xalqın seçiminin nə qədər doğru olduğu həyata keçirilən genişmiqyaslı fəaliyyətdə bir daha özünü sübuta yetirdi. Aparılmış müdrik siyasətin nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf yolu keçərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Xüsusilə ölkə başçısının fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

Ötən müddət ərzində Azərbaycan xalqı hər zaman öz liderinə güvənmiş və inanmış, ona arxa və dayaq olmuşdur. Cənab Prezident də hər zaman böyük fəxrlə qeyd etmişdir ki, əldə edilmiş bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində xalq olaraq inanırıq ki, cənab Prezident İlham Əliyev xalqımızı və dövlətimizi bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər