Sizin Reklam Burada

"Addımladığım bu yol kifayət qədər aydın və parlaqdır"

"Addımladığım bu yol kifayət qədər aydın və parlaqdır"“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Heydər Əliyev

Tarixən istər əlverişli strateji-coğrafi mövqeyə malik, istərsə də faydalı qazıntılar və mineral, bioloji ehtiyatlarla zəngin torpaqlarımız çoxsaylı düşmən hücumlarına məruz qalmış, müxtəlif dövrlərin keşməkeşli sınağından günümüzə müstəqil, suveren bir dövlət kimi gəlib çıxmışdır. Şübhəsiz ki, dövlət müstəqilliyi Azərbaycanın misilsiz tarixi nailiyyətidir. Bu yolda xalqımızın çoxəsrlik dövlətçilik ənənələri, sarsılmaz iradəsi, daimi birliyi, qəlbindəki azadlıq eşqi və gələcəyə inamla irəliləməsi sayəsində ölkəmiz hazırkı müstəqilliyini əldə edə bilmişdir.

Müxtəlif dövrlərdə öz fəallığı ilə seçilən, cəmiyyətin aparıcı qüvvəsi olan, sosial-iqtisadi cəhətdən fəal əhali qrupunu əhatə edən gənclərə dövlət daim dəstək göstərmiş, onların vətənə, xalqa və dövlətə layiqli bir fərd kimi yetişməsinə təkan vermiş, uğur və nailiyyətlərini hər zaman yüksək qiymətləndirmişdir. Təsadüfi hal deyil ki, ulu öndər H.Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk vaxtlarından etibarən müstəqil Azərbaycanda gənclər siyasətinin əsası qoyulmuşdu. O, yüksək mənəviyyata sahib yeni nəsil formalaşdırmağı cəmiyyətin əsas vəzifəsi hesab edirdi. Məhz bunun nəticəsidir ki, 1994-cü ildə Azərbaycanda gənclər üçün bu və digər istiqamətlərdə fəaliyyət göstərən qurum - Gənclər və İdman Nazirliyi yaradılmışdı. Əldə edilmiş bütün bu naliyyətlərə görə bu gün bizlər ölkənin siyasi-iqtisadi təməlini qoymuş şəxslərə borcluyuq.

Azərbaycanın parlaq günəşi, müstəqilliyimizin qurucusu, xalqın öndəri ümumilli lider H.Əliyevin əvəzolunmaz və uzaqgörən siyasətinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz üzərinə düşən bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələrək istər öz millətinin, istərsə də dünya dövlətlərinin rəğbətini qazanmışdır. Dövlət quruculuğu sahəsində aparılan uğurlu siyasət nəticəsində bu gün bir sıra istiqamətlərdə görülən tədbirlər və onların nəticəsi göz önündədir. Prezident İlham Əliyevin ölkədə gənclər siyasətinin dəstəklənməsi və inkişafı ilə bağlı imzaladığı bir sıra Fərman və sərəncamlar uğurlu gələcəyin memarı olan gənclərin intellektual səviyyəsinin və dünya görüşünün artırılmasına yönəlmiş, onların sosial-iqtisadi maraqlarının təmin olunmasına şərait yaratmışdır.

Xüsusilə də, dövlət tərəfindən gənclərin yüksək səviyyəli təhsil almaları üçün yaradılan şərait diqqətəlayiqdir. O cümlədən, güclü strateq, xalqın müzəffər sərkərdəsi cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun tarix yazdığı 2020-ci ildə cəmi 44 günə qələbə sevinci ilə yekunlşan, xalqın haqq mübarizəsini özündə əks etdirən “ll Qarabağ” döyüşlərindən bəhs etməsək olmaz. Həmin günlər istər savaş meydanındakı gənc oğulların məharəti, istərsə də arxa cəbhədə sosial mediada Qarabağ həqiqətlərinin dünya miqyasında tanınmasına dəstək göstərən gənclərin fəallığı ilə yadda qaldı. Onlar bütün dünyaya əsl vətənpərvərlik nümunəsini nümayiş etdirərək, “güc birlikdədir” deyib bərabər vuruşdular. Bu gün gənclərin sosial aktivliyinin artırılması və ictimai fəallıq nümayiş etdirə bilməsi üçün kifayət qədər təlim, layihə, tədbir, qrant müsabiqə, startup layihələri, yarış, eləcə də elmi konfrans və forumlar keçirilir. Həmçinin, könüllülük proqramları gənclərin həyatında bu nöqteyi-nəzərdən böyük rol oynayır.

Nəzərə almaq lazımdır ki, bir çox ictimai birlik və gənclər təşkilatlarının əsas məqsədi də məhz gələcəyi sağlam və parlaq olan gənclər yetişdirmək, onları inkişaf etdirməkdir. Bundan əlavə, hər il biz gənclərə bir öncəkindən daha təkmil imkanlar vəd edilir. Buna, demək olar ki əksər sahələr üzrə gənclərin təcrübə əldə etməsinə şərait yaradan "təcrübə proqramlarını" misal göstərə bilərik. İş mühitinə adaptasiya prosesi üçün bu və bu kimi digər layihələr ilkin biliklərin aşılanmasına dəstək olur. Aydın məsələdir ki, yaradılmış imkanlardan yararlanmaq istəyən çoxsaylı gənc nəslin nümayəndələri var və onların hər birinə maksimum dərəcədə diqqət göstərilir.

Hal-hazırda biz gənclər karyeramızı istənilən istiqamətdə rahatlıqla qura bilir, texnologiyanın inkişafı nəticəsində tətbiq olunan rəqəmsallaşma sayəsində sadəcə bir toxunuşla bizə lazım olan informasiya və məlumatları əldə edir, asudə vaxtlarımızı inkişafımıza təkan verə biləcək layihə və təlimlərə qoşularaq dəyərləndirir, beynəlxalq miqyaslı müsabiqə və tədbirlərdə ölkəmizi təmsil edə bilir, dövlətimizin bizim üçün yaratdığı bütün imkanlardan səmərəli istifadə edirik. Şəxsən mən çox şadam ki, bir gənc olaraq gələcək hədəflərimə doğru inamla addımladığım bu yol kifayət qədər aydın və parlaqdır.

Aysel Rzazadə
Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və idarəetmə” fakültəsi, 3-cü kurs, 107-ci qrup tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər