Sizin Reklam Burada

Tələbələr millət vəkili ilə görüşüblər - Foto + Video

Tələbələr millət vəkili ilə görüşüblər - Foto + Video“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin millət vəkilləri ilə görüşü nəzərdə tutulan “Millət vəkili ilə dialoq” adlı platformasının növbəti görüşü Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramovla olub.

Avrasiya.net xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Pedoqoji universitetinin tələbələri Əhmədağa Babaşov və Əntiqə Səlimzadə iştirak ediblər. 

Vüqar Bayramov qeyd edib ki, gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Bu gün gənclərimiz fəxrlə, qürurla deyirlər ki, onlar qalib Azərbaycanın gəncləridir.

Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi.

Vüqar Bayramov daha çox diqqəti gənclərin işğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq, bərpa işlərindəki fəallıqlarına yönəldib.

Millət vəkili Cənab Prezident İlham Əliyevdən sitat gətirib - Prezident dəfələrlə bildirib ki, işğaldan azad edilmiş ərazilər tam şəkildə yenidən qurulacaq, müasir, abad yaşayış məntəqələri və infrastruktur yaradılacaq, kənd təsərrüfatı, müxtəlif sənaye sahələri bərpa və inkişaf etdiriləcək.
Təbii ki, yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Qarabağın dirçəlişində gənclər təşkilatları da yaxından iştirak edərək öz töhfələrini verəcəklər.

V. Bayramov əlavə edib ki, Qarabağa böyük qayıdışa həsr olunmuş görüşlərin ümumi yekunları gələcəkdə gənclər təşkilatlarının bu regionun dirçəlişində böyük rol oynayacağından xəbər verir.

Millət vəkili sonda deyib ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. 

Yekunda millət vəkili tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər