Sizin Reklam Burada

Dövlətimiz tələbələrin inkişafı üçün hərtərəfli şərait yaradır

Dövlətimiz tələbələrin inkişafı üçün hərtərəfli şərait yaradırİctimai fəallıq ictimai həyatında fəal iştirak deməkdir. İctmai fəallar bir qayda olaraq, daha məlumatlı və əzmkar olur, onların atdıqları addımlar isə öz maraqlarına deyil, ictimai maraqlara fayda verir.

İcma ictimai fəaliyyəti mümkün edən əsas meyardır. Biz hər birimiz müxtəlif icmalara mənsubuq. Ailəmiz, yaşadığımız məhəllə, kənd, şəhər, təhsil aldığımız məktəb və ya universitet, üzv olduğumuz dərnəklər və s. Bunların hər biri bizim icmalardır. Həmin icmalara mənsub olmaqla biz fərd kimi faydalanırıq və həmin icmalardan davamlı olaraq dəstək alırıq. İctimai fəallıq isə bizim üçün icmaya borcumuzu qaytarmaq üçün əla bir imkandır. Bizim sahib olduğumuz məlumat, bilik, təcrübə, və malik olduğumuz bacarıqlar icmaya çox faydalı ola bilər. Amma hətta icmaya tələb olunan bacarıqlar bizdə olmasa belə, icmaya yardım etməyin çox yolları var. İctimai fəallıqla məşğul olan insanlar bunu əksər hallarda borc hiss edirlər. Amma bu o demək deyil ki, ictimai fəallıq insana heç bir fayda vermir. Ən böyük fayda təbii ki, cəmiyyətə xeyirli ola bilmək hissinin verdiyi məmnunluqdur. Amma, sizə daha real nümunələr lazımdırsa, o zaman buyurun. İlk öncə vurğulamaq istərdim ki, ictimai fəal olmaq üçün müxtəlif könüllü proqram və təşkilatlara qoşulur. Bu proqramlar bizə aşağıdakı kimi formalaşmağımıza kömək edir.

Zəif və güclü tərəflərinizi müəyyən etmək

Həyatınızın hər hansı bir mərhələsində könüllü fəaliyyətinə başlaya bilərsiniz, yaş həddi və ya məhdudiyyəti yoxdur. Gənc yaşda könüllü olmaq, maraq dairələrinizin nə olduğunu və güclü karyeranızın harada yerləşdiyini müəyyən etməkdə ikiqat faydalı ola bilər. Müxtəlif fəaliyyət növləri ilə məşğul olaraq, maneələrin üzərindən necə ünsiyyət qurmağı öyrənirsiniz. Nəticədə, həyatda vacib olan bir çox akademik və sosial bacarıqları inkişaf etdirirsiniz.

Yeni bacarıqlar əldə etmək

Könüllülüyün daha çox hamıya məlum olan üstünlüklərindən biri də yeni bacarıqların inkişaf etdirilməsidir. Əvvəllər heç vaxt icra etmədiyiniz fəaliyyətlərlə məşğul olaraq şübhəsiz ki, heç vaxt ehtiyacınız olmadığını bildiyiniz yeni bacarıqlar əldə edəcəksiniz. Bu, özünüzü tanımaq üçün sizi ruhlandıracaq, karyera yüksəlişində və şəxsi inkişafınızda sizə kömək edəcək.

Özgüvəni artırmaq

Könüllülük sizin fərqli tərəflərinizi görməyə və görmə qabiliyyətinizi və gerçəkliyə diqqətinizi artırmağa imkan verəcəkdir. Bir könüllü kimi rolunuz sizə təbii bir müvəffəqiyyət və özünə inam hissi bəxş edir. İstedadınıza uyğun bir layihə ilə məşğul olsanız, şübhəsiz ki, özünüzə güvən hissi də artacaqdır ki, bu da sizin daha dolğun, daha məzmunlu yaşamınıza səbəb olacaqdır.

Yeni insanlarla tanışlıq

Könüllülük sizinlə eyni məqsədi bölüşən digər insanlarla birgə işləmək deməkdir. Bu iş sizə müxtəlif sahələrdən olan fərqli insanlarla görüşmək üçün nadir fürsət verəcək. Bu təkcə həyatınızda yeni tanışlıqlar gətirməyəcək, eləcə də ünsiyyət bacarıqlarınızı inkişaf etdirəcək. Bu yolda tanış olduğunuz insanlar təsəvvür edə biləcəyinizdən daha çox həyatınıza təsir göstərə bilər və ömür boyu onlarla dostluğunuz davam edə bilər. Bu insanlarla tanışlıq sizə dünyaya fərqli bucaqdan baxmağa kömək edəcək, onların baxışından fərqli düşüncələri və perspektivləri göstərəcək.

Daha qətiyyətli olmaq

Peşəkar təcrübə qazanmaq sizi daha çox iş görməyə sövq edəcək və sorağında olduğunuz həyat məqsədini sizə verə bilər. Bu, sonda qətiyyətinizi və qətiyyət hissini gücləndirəcəkdir. Qətiyyət uğura aparan yolda əsas amildir, könüllülük sayəsində hədəflərinizə çatmaq üçün iradə tapıb daha yaxşı nəticələr əldə edə bilərsiniz.

Həyatınıza macəra qatmaq

Ola bilsin sıxıntı yaşayırsınız və yenilik axtarışındasınız. Könüllülük həyatınıza yenilik gətirəcək və səmərəli bir işlə məşğul olduğunuzun fərqindəykən günləriniz daha rəngarəng olacaq. Ancaq bu hamısı deyil, fərqli işləri həyata keçirərkən, təsəvvür belə etmədiyiniz, sizi ilhamlandıracaq elə bir məşğuliyyət tapa bilərsiniz ki, bununla bütün həyatınız tamamilə dəyişə bilər.

Bu gün dövlətimizdə fəaliyyət göstərən müxtəlif növ könüllük proqramları və təşkilatları mıövcuddur. Bu proqram və təşkilatlar gənclərimizin inkişafı üçün müxtəlif layihələrdən istifadə edir. Belə layihələrdən biridə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsdir. Bu layihədə iştirak etmiş bir tələbə olaraq söyləyə bilərəm ki, bu layihə çox maarifləndiricidir. Xüsusilə də hörmətli Millət vəkili Vüqar İsgəndərovla aparılan dialoq zamanı bir daha şahidi oldum ki, dövlətimiz həqiqətəndə tələbələrin inkişafı üçün hərtərəfli şərait yaradır. Bu cür layihələrdə işləyib öz əmək qabiliyyətimizidə artırmağ biz tələbələrin üzərinə düşür.

Bəndiyeva Fidan Kamil qızı
Bakı Slavyan Universiteti, Təhsil fakültəsi Məktəbəqədər təhsil ixtisasının birinci kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər