Sizin Reklam Burada

“AzerGold”un nümayəndələri “Öksüt” qızıl mədəni ilə tanış olublar

“AzerGold”un nümayəndələri “Öksüt” qızıl mədəni ilə tanış olublar“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin “Çiftay” dağ-mədən və tikinti şirkətinin “Öksüt” qızıl mədəninə səfər edib.

Avrasiya.net xəbər verir ki, işgüzar səfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və iştirakı, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MSB) təmsil edən MEXT Texnoloji Mərkəzi və onun tərəfdaşı “KoçDigital” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Kayseri şəhərində yerləşən və Kanadanın “Centerra Gold” şirkəti tərəfindən istismar edilən qızıl mədənində istehsalatın avtomatlaşdırılması prosesi ilə bağlı tətbiq edilən texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində istehsal müəssisəsində səmərəlilik əmsalının artması, əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə dördtərəfli görüş keçirilib. Görüşdə Cəmiyyətin istehsal proseslərinin innovativ həllərin və müasir texnologiyaların tətbiq edilməsi ilə avtomatlaşdırılması üzrə potensial əməkdaşlıq perspektivləri və bu çərçivədə atılacaq növbəti addımlar müzakirə edilib.

Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən müxtəlif istiqamətlər üzrə innovativ yenilikləri tətbiq edən və daim təkmilləşdirən “AzerGold” QSC mütəmadi qaydada maddi-texniki bazasını çağdaş dövrün texniki tələblərinə uyğun olaraq yeniləyir. İnnovativ yanaşmalar təkcə istehsal prosesinin səmərəliliyini artırılması məqsədilə deyil, biznesin inkişafı, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi və digər fəaliyyət istiqamətləri üzrə də tətbiq edilir. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM ilə Türkiyənin MSB-yi arasında ötən ilin sonu imzalanmış anlaşma memorandumu çərçivəsində MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti ilə birgə rəqəmsal savadlılığın təşviqi, ağıllı istehsal proseslərinin qurulması, istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili və s. kimi əməkdaşlıq istiqamətləri üzrə müvafiq addımlar atılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər