Sizin Reklam Burada

Rüstəm Əbülfətoğlu MEDİA-dakı vəzifəsindən çıxdı

Rüstəm Əbülfətoğlu MEDİA-dakı vəzifəsindən çıxdıJurnalist Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyindəki (MEDİA) işindən ayrılıb.

Avrasiya.net xəbər verir ki, R.Əbülfətoğlu bu barədə özü bildirib.

O qeyd edib ki, fəaliyyətini bu gün öz xahişilə başa vurub:

"Müəllifi olduğum layihələrin: I-ci Beynəlxalq Şuşa Media Forumunun keçirilməsi, çap və online media subyektləri üçün Reklam Konsorsiumunun yaradılması (layihə gerçəkləşərsə media sənayesinin qısa müddət ərzində ciddi gəlir əldə etməsi ilə yanaşı media subyektləri və Agentliyin özünün də dövlət büdcəsindən asılılığı əhəmiyyətli dərəcədə azalacaq), qəzetlərin satışı və abunə sisteminin yenidən qurulması ilə real işlək yayım mexanizminin tətbiqi, xüsusi təşviq siyasəti ilə region mətbuatı və yerli mətbəələrin inkişafının stimullaşdırılması kimi proyektlərin həyata keçirilməsi, habelə alçaldıcı "reket" damğasının şərəfli Jurnalist peşəsinin üzərindən götürülməsi istiqamətində ictihad həqiqətən şövqləndiriciydi.

Ümid edirəm ki, "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı

Fərmana uyğun olaraq milli mətbuatımızın inkişafı naminə bu layihələr də zamanı gəlincə layiqincə və uğurla həyata keçiriləcək.

Son olaraq, qurumun İcraçı direktoru Əhməd İsmayılov başda olmaqla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin kollektivinə uğurlar, əziz, doğma və dəyərli jurnalistlərimizə ittihad arzulayıram!"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər