Ramil Usubovun qaynı vəzifəsindən azad edildi
Dərc olunub:
21-01-2022, 16:43
Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Urxan Şirinov işdən azad edilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, sərəncama götürülüb.
Urxan Şirinov DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun qardaşı oğludur. N.Şirinov isə Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qaynıdır.
Oxu.az