Sizin Reklam Burada

Daha bir məktəb millət vəkilinin köməkliyi ilə qazla təchiz olunub

Daha bir məktəb millət vəkilinin köməkliyi ilə qazla təchiz olunubŞabran rayonunda daha bir məktəb, Şabran şəhər 3 saylı ümumi orta məktəbi təbii qazla təchiz olundu.

Avrasiya.net xəbər verir ki, hələ ötən il məktəbin qoçaman müəllimi Rahib müəllim kollektiv adından millət vəkili Sadiq Qurbanova bu məsələ ilə bağlı müraciət etmişdi, lakin binanın köhnə olması məsələnin həllinə müəyyən problemlər yaradırdı.

S.Qurbanovun problemin həlli ilə bağlı müvafiq orqanlara müraciəti müsbət effekt verib və adıçəkilən məktəb qazla təchiz olunub.

Millət vəkili problemin həll olunmasında göstərdiyi dəstəyə görə təhsil naziri Emin Əmrullayevə və Azəriqaz İB-nin rəhbəri Ruslan Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, məktəb 1951-ci ildə istifadəyə verilib.

Hazırda məktəbdə 420 şagird təhsil alır.
Məktəbin 70 il ərzində təhsil və idman sahəsində zəngin nəaliyətləri vardır.

1-ci Qarabağ müharibəsindən 37, 2-ci Qarabağ müharibəsindən isə 11 iştirakçısı olub.
Məktəbin 6 nəfər məzunu döyüşlərdə qəhrəmancasına iştirak edərək şəhidlik zirvəsinə yüksəliblər.

Xatlrladaq ki, millət vəkili Sadiq Qurbanovun köməkliyi ilə bir neçə gün öncə Şabran rayonu, Gəndob kənd məktəbi də qazla təchiz olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər