Girnə Amerikan Universitetindən şəhid və qazi övladlarına ödənişsiz təhsil alma imkanı...
Şimali Kipr Türk Respublikasının ilk ali təhsil ocağı olan Girnə Amerikan Üniversiteti qurucu rektoru və universitetin idarə heyətinin sədri, Beynəlxalq Diplomatlar Birliyinin (DMW Diplomats Internationa) vitse-prezidenti Sərhat Akpınar önəmli bir qərara imza atıb. Belə ki, sahibi olduğu Girnə Amerikan Universitetinin çax sayılı fakültələrində təhsil almaq arzusunda olan, İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin övladları rəhbərlik etdiyi üniversitetdə ödənişsiz əsaslarla təhsil alma imkanı verib.
Bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. Diaspor sədri bildirib ki: Girnə Amerikan Universiteti artıq 35 ildir ki, Şimali Kipr Türk Respublikasında və 6 fərqli ölkədə uğurla fəaliyyət gösdərir. Eyni zamanda Kıbrıs Amerikan Universitetinində qurucusu olan Sərhat Akpınar universitetdə keçirilən toplantıların birində belə bir qərar qəbul edib. Sadəcə ikinci Qarabağ müharibəsi zamanı deyil, hər zaman o Azərbaycanın haklı səsini müdafiə edib və ölkəmizin lobiçilk fəaliyyətinə dəstək olub. Xüsusi ilə fəaliyyət gösdərdiyimiz ölkədə cəmiyyətimizə və soydaşlarımıza daima isti münasibət sərgiləyib, azərbaycanlı tələbələrə diqqət gösdərib.
Orxan Həsənoğlu bildirib ki, Sərhat Akpınar: “Azərbaycan bizim üçün çox əhəmiyyətli ölkədir. Orada qardaş xalqımız və ölkəmizi sevən çox sayılı dostlarımız var.
Biz də Şimali Kiprdə dövlətimizin müstəqilliyi üçün böyük mübarizələr aparmışıq. Vətənimizin müdafiəsində çətin günlər yaşamışıq. İkinci Qarabağ müharibəsi gösdərdi ki, Azərbaycan böyük dövlətdir. Onun prezidenti İlham Əliyev ədalətl və güclü bir dövlət adamıdır. Azərbaycan xalqı iradəli qardaşlarımızdır. Girnə Amerikan Universiteti olaraq Azərbaycanın müharibədə aldığı yaraları sarmaq üçün biz də öz varlığımızı, qardaş xalqın yanında olduğumuzu bir daha ifadə etmək istəyirik.
Şəhid və qazi ailələrinin övladlarının Girnə Amerikan Universitetində ödənişsiz əsaslarla təhsil almaları üçün qrant(burs) təklif edirik. Onların övladları bizim də övladımız sayılır. Global bir dünyada yaşayırıq. Girnə Amerikan Global bir ailədir. Bizim təhsil ocağı onların üzünə açıqdır”.
Girnə Amerikan Universitetində təhsil almaq arzusunda olan şəhid və qazi övladlarının orhanhasanoglu@gau.edu.tr ünvanına elektron məktub ünvanlayaraq tələb olunan sənədləri təqdim edəbilərlər.