“Diaspornews.az” saytı yeni dizaynda fəaliyyətə başlayıb

“Diaspornews.az” saytı yeni dizaynda fəaliyyətə başlayıbDiaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) media orqanı olaraq "Diaspornews.az" saytı yeni dizaynda fəaliyyətə başlayıb. Azerforum.com xəbər verir ki, Azərbaycan diasporuna media dəstəyi verən və üç dildə yayımlanan saytda xəbər, müsahibə, reportaj, araşdırma və müəllif yazıları yer alır. Obyektivlik və qərəzsizlik prinsiplərini əsas götürən sayt peşəkar jurnalist komandası ilə diaspor və digər sahələrdə yenilikləri operativ şəkildə oxuculara çatdırır.

Eyni zamanda, sayt üzərindən DFJD-nın Rəqəmsal Media Mərkəzi müxtəlif ölkələrin media qurumları ilə çoxşaxəli əməkdaşlıq edir. Məqsəd Azərbaycan mediasında diaspor jurnalistikasının inkişaf etdirilməsi, xaricdəki azərbaycanlı və əcnəbi jurnslistlərlə təbliğati, ideoloji-maarifləndirici, stimullaşdırıcı işin gücləndirilməsidir.

Həmçinin, məqsəd əcnəbi jurnalistlərlə birgə layihələrin həyata keçirilməsi, müntəzəm informasiya və təcrübə mübadiləsi edilməsi, lobbiçilik fəaliyyətinin göstərilməsidir.

Xatırladaq ki, “Diaspornews.az” saytının yeni versiyası "Smart bee" şirkəti tərəfindən hazırlanıb.