Son 4 həftədə yoluxanların 40 faizi "Omicron"du - NAZİR
Dərc olunub:
20-01-2022, 12:05
Azərbaycanda koronavirusun "Omicon" ştamı ilə bağlı son vəziyyət açıqlanıb.
Avrasiya.net-in məlumatına görə, səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində "Omicron" ştamı geniş yayılıb.
Nazir bildirib ki, Azərbaycanda da "Omicron" ştamı ilə bağlı rəqəmlər artmaqdadır:
"Son dörd həftədə koronavirusa yoluxanların 40 faizi "Omicron"a yoluxanlardır. Vəziyyət nəzarət altındadır. "Omicron" sürətlə yayılır. Ona görə hər bir şəxs maska rejiminə, sosial məsafəyə və fərdi gigiyena qaydalarına əməl etməlidir".
T.Musayev deyib ki, Azərbaycanda reanimasiya çarpayı fondu və tələb olunan lazımi tibbi avadanlıq yüksək səviyyədədir.