Sizin Reklam Burada

Vaksinasiya prosesində fəal iştirak etməliyik

Vaksinasiya prosesində fəal iştirak etməliyikSon iki il ərzində dünyanı ağuşuna alan Korona bəlası hələ də canlar almaqda davam edir və aparılan son statistikalar dünya üzrə ölüm və yoluxmaların saylarının rekord səviyyədə olduğunu xəbər verir. Ümumiyyətlə, pandemiyanın başlamasındn dərhal sonra, Ölkə Rəhbəri İlham Əliyevin ciddi tapşırıqlarına əsasən Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Elə bu səbəbdən Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır.

Hazırda dünya boyu 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Son yoluxmalarda “Omicron” ştamı dominantlıq təşkil edir. Yoluxma sayına görə dünya ölkələrinin siyahısına ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Fransa, Rusiya başçılıq edir.

Koronavirus pandemiyasının “Omicron” ştamı meydana çıxdıqdan sonra bu infeksiyaya yoluxanların sayında dünya boyu ciddi artım müşahidə edilir. Açıqlanan son məlumatlardan belə bəlli olur ki, ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib;
Virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarır. Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir.

İnfeksiyanın yayılmasını şərtləndirən daha bir məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü – “buster” dozanı vurduranların sayının azlığıdır. Bundan başqa, qış tətilindən sonra pandemiyanın yeni dalğası hətta peyvəndləmə nisbəti yüksək olan ölkələri də əhatə edir. Buna səbəb gigiyenik və digər təhlükəsizlik tədbirlərinə riayət edilməməsidir. Ümumdünya Səhiyyə Təşkilatı bu fonda yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun “Omicron” ştammına yoluxacağını proqnozlaşdırır.

Pandemiyanın endemik xarakter alması üçün Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bəyan edir. Lakin son vəziyyətin təhlili bu xüsusda hələ də ciddi problemlərin olduğunu üzə çıxarır. Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, bu hədəfə çatmaq mümkün görünmür. Əsas səbəb koronavirusla bağlı “peyvənd millətçiliyi”nin davam etməsidir.

Qeyd etdiyimiz kimi Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub; Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur.

Aparılan hesablamalar göstərir ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 8 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür.

Bununla belə ölkəmizdə peyvəndləmə prosesi yenə yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan “Omicron” ştamı artıq Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruri şərt kimi çıxış edir.

Kütləvi yoluxmalardan qorunmaq, vəziyyəti stabil saxlamaq üçün insanlar vaksinasiya prosesində fəal iştirakla yanaşı, gigiyenik qaydalara, sosial məsafənin qorunmasına daim riayət etməlidirlər. Çünki vaksinasiya yoluxmanın qarşısını almır. Peyvəndləmə sadəcə, infeksiyaya yoluxan zaman xəstəliyin ağırlaşmasının qarşısını alır, onun həyat üçün təhlükəsini aradan qaldırır.

Daha bir önəmli məqam odur ki, ABŞ-da aparılan araşdırmaya əsasən, “Omicron” ştamı “Delta” ilə müqayisədə yüngül fəsadlar yaradır. Sürətlə yayılan “Omicron” əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir. Lakin xəstəliyin peyvənd edilən insanlarda yüngül keçməsi müşahidə edilir. Bu səbəbdən peyvəndləmədə iştirak mütləqdir;
“Omicron” və təkrar xəstələnmə hallarından əldə edilmiş immuniteti güclü olanlar daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına da daha az rast gəlinir. Qorunma səviyyəsinin artırılması üçün vətəndaşların “buster” doza peyvəndlənməsi bu fonda zəruri hesab olunur;
Peyvəndləmə prosesində fəal iştirak, gigiyenik və təhlükəsizlik qaydalarına riayət edilməsi cari il ərzində Azərbaycanda koronavirus pandemiyasının endemik xarakter almasına gətirib çıxara bilər. Azərbaycan əhalisində sözügedən infeksiyaya qarşı yüksək immunitet səviyyəsi müşahidə edilən ölkələr sırasında yer alır. Dünya miqyasında da qəbul edilir ki, Azərbaycan koronavirusla mübarizədə nümunəvi addımlar atan ölkələrdən biridir. Məhz buna görə də 2022-ci ildə dünyanı lərzəyə gətirən korona bəlasından da ən az itki ilə (ölüm sayı) çıxan ölkələrin siyahısında ön sıralarda yer alacağıq. Bunun üçün biz xalqının, millətinin, ümumiyyətlə hər bir vətəndaşının qayğısına qalan Ölkə Rəhbərimiz, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına borcluyuq.

Qəmzə Yusubova
“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər