Sizin Reklam Burada

Məhkəmədən icra başçısıyla bağlı - Qərar

Məhkəmədən icra başçısıyla bağlı - QərarBaş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.

Avrasiya.net xəbər verir ki, istintaq orqanının təqdimatına Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat zamanı icra başçısı ilə yanaşı başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

C.Cəfərova Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

***

Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər