Sizin Reklam Burada

Yeni deputat seçicilərinə müraciət edib - Mətn

Yeni deputat seçicilərinə müraciət edib - Mətn14 saylı Xəzər seçki dairəsindən deputat seçilən Soltan Məmmədov seçicilərinə müraciət edib.

Avrasiya.net müraciəti təqdim edir:

Hörmətli seçicilər! Ölkəmiz yeni bir dövrə qədəm qoyur. Növbədənkənar parlament seçkiləri müstəqil Azərbaycanın tarixində yeni bir səhifə açır.

Mən də 14 saylı Xəzər seçki dairəsindən deputatlığa namizəd olaraq bu seçkilərdə öz qüvvəmi sınadım. Təşviqat kampaniyası başlayan ilk gündən etibarən hamınızın yanında olmağa, sizləri dinləməyə çalışdım. MSK-nın açıqladığı ilkin nəticələr onu deməyə əsas verir ki, qısa müddət ərzində sizinlə ünsiyyətimiz öz bəhrəsini verib və məni sizi təmsil etmək şərəfinə layiq görmüsünüz. Buna görə hər birinizə təşəkkür edirəm!

Sizi əmin edirəm ki, Xəzər rayonunun inkişafı üçün indiyədək görülmüş nəhəng işlər bundan sonra da davam etdiriləcək. Çalışacağam ki, keçmişə ehtiram üzərində qurulan gələcəyə inam platforması sizin yeni uğurlarınıza yol açsın.

Mənim missiyam bu yolda sizin ümidlərinizin doğrulmasına çalışmaq olacaq. Çünki etimadınız məsuliyyətimdir! Bir daha hər birinizə bu etimada görə təşəkkür edirəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər