Sizin Reklam Burada

Belə getsə, Ermənistanla üçüncü savaş olacaq

Belə getsə, Ermənistanla üçüncü savaş olacaqAzərbaycan bir dəfə qalib gəldi! Ermənistanda isə uğranılmış məğlubiyyət hər gün davam edir. Respublikacığazın daxilində baş verənlər böyük ehtimalla kənar qüvvələrin təsiridir. Kimsə və yəqin ki, aydındır hansı kimsə, regionda davamlı sülh üçün imkanlar yaranmasını istəmir. Ermənistan yenidən özünəməxsus, daha doğrusu, özgəsinəməxsus alət kimi istifadə edilir. Revanşistlər adlandırlan məğlublardan da. Revanşistlər kimdir? Əlbəttə, Köçəryan – Sərkisyan! Məgər onlar bu davada iştirak etmirdilər? Edirdilər.

Amma belə getsə, 3-cü Ermənistan – Azərbaycan müharibəsi qaçılmaz olacaq. Bax o zaman artıq döyüş meydanı Azərbaycan ərazisi olmayacaq! Unutmayaq ki, delimitasiya və demarkasiya prosesində Azərbaycan artıq hansı dövrə aid xəritələrə üstünlük verəcəyini elan edib...

Sevdiyim bir çarx var. Bəlkə ona bir də baxaq?! Amma ikili standartlar da var. Xüsusilə Ermənistana münasibətdə. Həqiqətən də cavabını verməyə çətinlik çəkdiyim suallar var. Məsələn, bax Ermənistan bu gün Ukraynanın işğalında ən yaxından iştirak edir. Aqressordur! Onun guya demokratik mahiyyət kəsb etdiyi barədə nağılının sonunda Paşinyan Qazaxıstana Kollektiv Təhlükəsizlik qüvvələrinin yeridilməsi əmri verəndə 3 alma, beş daş, 100-lərlə mərmi düşdü. Nağıl bitmədi? Axı Paşinyan Amerika Birləşmiş Ştatlarının təbirincə desək, Qazaxıstanda baş qaldıran xalq narazılıqlarını boğmaq əmri vermişdi. Baydenin demokratiya sammitindən dərhal sonra! Nədir də bu?

Və ya: bu gün Ermənistan əslində Rusiyadan ötrü arxa cəbhə rolunu oynayır. Sanksiyalardan kənarda qalması ona öz havadarına əla kömək imkanı verir. Axı hamımız görürük ki, bir tərəfdən Ermənistan Ukrayna cəbhəsində Belarusdan sonra Rusiyanın ən yaxın müttəfiqidir. Onun yardımları barədə də danılmaz faktlar var. İkinci tərəfdən də ABŞ Ermənistanı yenə də Kim Kardaşyanın arxası tək qoruyur, sığallayır, əzizləyir! Üstəlik ötən ilin dekabr ayından bəri Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentinin rəhbəri, xarici işlər naziri və başqa erməni rəsmiləri Vaşinqtona gedirlər. Hansısa genosid tanımaqla jest edirlər. Bu davranışın kobud adı çoxdur. Amma korrekt desək, Vaşinqton sadəcə balansı, öz diktə etdiyi prinsipləri pozur.

Amma Ermənistanın artıq 30 il ərzində alət kimi istifadə edildiyini başa düşənlər də var. Elə oyuncaq Paşinyan hakimiyyətinin özündə də bunu başa düşürlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər