Sizin Reklam Burada

Kremlin sirlərini açan general necə öldürüldü?

Kremlin sirlərini açan general necə öldürüldü?Ukraynalı sosial şəbəkə istifadəçiləri arasında son günlər ən çox paylaşılan videolardan biri 90-cı illərdə çəkilmiş rus ordusunun generalı Lev Roxlinin müsahibəsidir - daha doğrusu, 2 saatlıq böyük müsahibədən rus ordusunun Çeçenistanda apardığı xüsusi əməlliyatdan generalın danışdığı parça.

Axar.az xəbər verir ki, videoda Lev Roxlin Çeçenistanla bağlı danışarkən bu əməlliyatı Moskvanın ümumiyyətlə keçirməməli olduğunu qeyd edir.

“Bu böyük səhv idi. Kəşfiyyatı sıfır səviyyəsində idi. Kremldə elə düşünürdülər ki, çeçenlər rus tanklarını görən kimi dərhal təslim olacaqlar. Ən vacibi də bundan sonra baş verdi. Kremldən dedilər ki, ordunu Çeçenistan ilə sərhədə yerləşdirin, bəlkə qorxdular; gəlin Qroznıya girək, zərbələr endirək, bəlkə qorxub təslim oldular; gəlin hücuma keçək.... Plan yox, strateqiya yox. Kremldəkilər elə düşünürdü ki, hamı rus tankından qorxur. Bunun nəticəsində tam olaraq bir alay və bir hərbi briqadamız məhv edildi.

Rus ordusu Çeçenistanda mafiyanın maraqları naminə vuruşurdu. Bizim başımızı doldurmuşdular. Hər şeyi danışıqlar yolu ilə həll etmək olardı, amma Moskva hücum taktikasını seçdi. Çeçenistan əməliyyatı rus ordusunun ən biabirçı əməliyyatı idi. Çeçenlər bizə qarşı çox güclü müqavimət göstərə bildilər. Rus ordusu yalnız say üstünlüyünə görə bu müharibədə nəyəsə nail oldu. Bizim bəxtimiz gətirdi ki, çeçenlərin müntəzəm, peşəkar ordusu yox idi. Çeçenlərin əvəzinə, məsələ türklər olsaydı, indi Rusiya adında dövlət də olmazdı”.

Qeyd edək ki, Qroznı əməliyyatına görə Kreml Roxlinə “Rusiya Qəhramanı” adı verir, amma o, əməliyyatdan narazılığını bildirərək, bu addan imtina edir. Daha sonra Roxlin ümumiyyətlə ordudan istefa verir və müxalifətə üz tutur.

3 iyul 1998-ci ildə bu fikirləri səsləndirən generalın meyiti öz bağ evində aşkarlanır. İstintaq Roxlinin ölümündə onun arvadını günahlandırır, amma bağ evinin yanında generalın ölümündən bir neçə gün sonra 3 yanmış meyitin aşkar olunması ölümün Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunması və sonradan ölümü icra edənlərin belə yox edilməsi versiyasını ortaya çıxarır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər