Sizin Reklam Burada

Ermənilər Xankəndidə nəyə hazırlaşır?

Ermənilər Xankəndidə nəyə hazırlaşır?Sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü” keçirməyə hazırlaşır: 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.

Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşüb və onu qondarma “müstəqillik günü”nə dəvət edib. Tovmasyan Ermənistan parlamentindəki bütün fraksiya rəhbərləri ilə görüşməyə və onları da dəvət etməyə hazırlaşır. Bildirir ki, sentyabrın 1-də qondarma “parlamentin” xüsusi iclasını keçirəcəklər və Ermənistan deputatlarını da orada görmək istəyirlər.

Bu, müharibədən sonra separatçı-terrorçuların ilk keçirmək istədikləri “müstəqillik günü”dür. Bunun reallaşması üç kontekstdə təhlükəlidir:

1. Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq istəyi stimullaşır;

2. Ermənistan “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanır;

3. “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verir.

Bakının bunun qarşısını diplomatik tələblərlə ala bilməsi çətindir, xüsusilə bölgədə mövcud olan Rusiyanın sərgilədiyi mövqe fonunda. Yeganə yol ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbənin elə sentyabrın 2-də vurulmasıdır, yaxud ən azından izi qalacaq dərsin verilməsidir.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər