İranda SEPAH zabiti güllələnib
Dərc olunub:
4-01-2023, 12:47
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Qasem Fətullahi çərşənbə axşamı axşam saatlarında Tehranda evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib.
Avrasiya.net xəbər verir ki, bu barədə çərşənbə günü Tehran polisinin mətbuat mərkəzinin rəhbəri, polkovnik Əli Səbahi bildirib.
Məlumata görə, naməlum şəxslər Qasem Fətullahiyə 4 güllə vurulub... Tehran polisi insidentin səbəblərini araşdırır...
“Polis araşdırması hadisə yerinə bitişik mənzillərdən oğurluq izlərini də aşkar etdiyi üçün mütəxəssislər işə müxtəlif rakurslardan baxırlar”, - Sabahi deyib.
O, atəşin yaxın məsafədən açıldığını da qeyd edib.
SEPAH zabiti İranda baş verən son iğtişaşların yatırılmasında iştirak edib.