Sizin Reklam Burada

"İranda aksiyalar başlayandan indiyədək 73 təhlükəsizlik işçisi öldürülüb”

"İranda aksiyalar başlayandan indiyədək 73 təhlükəsizlik işçisi öldürülüb”“İranda etirazlar aksiyaları başlayandan indiyədək təxminən 73 təhlükəsizlik işçisi öldürülüb”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, dünən, yanvarın 3-də naməlum şəxslər Tehran vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvünü evinin qarşısında güllələyiblər: “SEPAH yanvarın 3-də Tehran vilayətinin Qarçak şəhərində 700 kiloqram partlayıcı ələ keçirib. Etirazçılar bu materiallardan sadə əl qumbaraları istehsal etmək üçün də istifadə ediblər. Dünən, həmçinin Simnan vilayətinin Gərmsar şəhərindəki poladəritmə zavodunda partlayış baş verib. Partlayış nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb”.

Bundan başqa, tanınmış sünni din xadimi Abdol Hamid bildirib ki, vətəndaşların rejim əleyhinə etiraz şüarları səsləndirməsi rejimin vəhşiliyinə haqq qazandırmır.

Qeyd edək ki, İranda etiraz aksiyaları 3 aydan çoxdur davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər