II Qaregin Ermənistanın eks-prezidentlərini görüşdürdü
Dərc olunub:
23-09-2022, 09:45
Ermənistanın üç sabiq prezidenti - Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan bütün ermənilərin katolikosu II Qareginin vasitəçiliyilə görüşüb.
Bu barədə “Hraparak” qəzetinin məlumatında deyilir.
Eks-prezidentlərin görüşü dünən Eçmiədzin Kilsəsində təşkil olunub.
Məlumata görə, görüşdə Qarabağ separatçılarının keçmiş başçıları Bako Saakyan və Arkadi Qukasyan da iştirak edib.
Sabiqləq “Ermənistanın hazırkı çətin vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarışı” mövzusunu müzakirə ediblər.
Erməni KİV-lərində qapalaı görüşün geniş təfərrüatı barədə məlumat verilmir.
Görüşlərin davam etdirilməsi qərara alınıb.