Sizin Reklam Burada

Məşhur bakılı Rusiyada “xarici agent” elan edildi

Məşhur bakılı Rusiyada “xarici agent” elan edildiMəşhur bakılı şahmatçı, eks-dünya çempionu, Rusiyanın 2013-cü ildən mühacirətdə olan müxalifət liderlərindən biri Harri Kasparov və sahibkar Mixail Xodorkovski Rusiyada “xarici agent” elan edilib.

Bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kasparov və Xodorkovski siyasi fəaliyyətə görə “xarici agent” siyahısında daxil edilib. İddiaya əsasən, Xodorkovski Ukrayna ilə, Kasparov isə Amerika İnsan Haqları Fondu ilə əlaqədədir.

Məlumat üçün bildirək ki, “xarici agentlər”in siyahısında Kasparov və Xodorkovskidən başqa, telejurnalistlər Yevgeni Kiselev və Matvey Qanapolski, müxalifətçi Aleksey Navalnının şəriki Leonid Volkov, siyasətçi Vladimir Kara-Murza və reper Əlişir Morqenştern də yer alır.

Qeyd edək ki, Kasparov Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçilərindən biridir. O, Ukraynada müharibə başlayandan bəri Rusiya lideri barədə kəskin fikirlər səsləndirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər