İrəvanda 150-dən çox etirazçı SAXLANILDI
Bu gün səhər saatlarında Ermənistanda keçirilən etiraz aksiyalarında 155 nəfər saxlanılıb.
Bu barədə RİA-Novosti agentliyi məlumat yayıb.
Bildirilib ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlayan etirazçılara polis müdaxilə edib. İlkin məlumata görə, İrəvan polisi 155 müxalifət fəalını saxlayıb.
Xatırladaq ki, İrəvanda etiraz aksiyaları, mitinqlər və yürüşlər aprelin sonunda başlayıb. Müxalif qüvvələr hökumətin istefasını tələb edir.