Rusların 2 helikopteri, 7 PUA-sı məhv edildi
Dərc olunub:
16-05-2022, 02:18
Son sutkada Rusiyanın 11 hava hədəfi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin HHQ komandanlığı məlumat yayıb.
Bildirilib ki, zenit-raket qüvvələri və quru qoşunlarının hava müdafiə qüvvələri 2 qanadlı raketi, 7 “Orlan-10” PUA-sını, Ka-52 və Mi-28 helikopterini məhv edib. Ukrayna qırıcı və bombardmançıları isə düşmənin qüvvələrinə zərbələr endirib.