Sizin Reklam Burada

Köçəryanla Sarkisyan Paşinyana qarşı anlaşdı

Köçəryanla Sarkisyan Paşinyana qarşı anlaşdıErmənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan hazırkı baş nazir Nikol Paşinyana qarşı birləşmək qərarına gəliblər.

“Hraparak” qəzetinin məlumatına görə, dünən axşam saatlarında R.Köçəryan S.Sarkisyanla görüşüb və hakimiyyətə qarşı mübarizənin bundan sonrakı gedişatı barədə geniş müzakirə aparıblar.

Onların komanda üzvlərinin hələ ki bu görüşün təfərrüatlarından xəbərsiz olduğu qeyd edilir.

Bəzi erməni ekspertlərin fikrincə, dünənki görüşdə son illər münasibətləri soyuyan Köçəryanla Sarkisyan Paşinyanla mübarizə aparmaq istiqamətində ortaq məxrəcə gələ biliblər.

Eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, eləcə də hazırda müxalifətin öndə gedən ismlərindən biri – sabiq müdafiə naziri Seyran Ohanyan Ermənistandakı “Qarabağ klanı”nın liderləri sayılırlar. Onlar Qarabağda aparılan 44 günlük müharibədəki məğlubiyyətlə barışmaq istəmir, tez-tez revanşist bəyanatlarla çıxış edir, xüsusilə Şuşa və Hadrutun yenidən işğal olunması üçün çalışacaqlarına dair vədlər verirlər.

Xatırladaq ki, Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət üzvləri mayın 2-dən etibarən ölkənin müxtəlif regionlarında, eləcə də paytaxt İrəvanda fasiləsiz etiraz aksiyaları – yürüş və mitinqlər keçirirlər.

Müxalifət Paşinyan hakimiyyətini "Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" ittiham edir. İqtidar partiyasından olan bəzi millət vəkilləri hesab edirlər ki, müxalifət öz hərəkətləri ilə "müharibəyə təhrik edir".

Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər