Bir sutkada rusların 13 tankı məhv edildi
Dərc olunub:
13-05-2022, 10:59
Ukrayna müdafiəçiləri gün ərzində Donbasda düşmənin 18 hücumunu dəf ediblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Yalnız Donetsk və Luqansk istiqamətlərində son sutka ərzində Ukrayna müdafiəçiləri düşmənin 18 hücumunu dəf edib, 13 tankı, 8 artilleriya sistemini, 27 ədəd zirehli döyüş maşını, 2 ədəd xüsusi mühəndis texnikası və 5 düşmən texnikasını məhv ediblər. Ötən gün Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücum Qüvvələrinin hava hücumundan müdafiə bölmələri 5 ədəd Orlan-10 tipli PUA, 1 ədəd Ka-52 helikopter və 1 qanadlı raket vurub”, - məlumatda bildirilib.