Rusiyada hərbi hissədə partlayış: ölü və yaralılar var
Dərc olunub:
12-05-2022, 11:10
Rusiyanın Xabarovsk diyarının Amur rayonunun Teysin qəsəbəsində yerləşən hərbi hissədə partlayış baş verib.
Partlayış nəticəsində 1 nəfər həlak olub, yaralananların sayı məlum deyil.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Partlayışın səbəbləri araşdırılır.