Ukrayna ordusu Rusiya sərhədinə çatdı
Dərc olunub:
12-05-2022, 05:59
Xarkov vilayəti ərazisində şiddətli döyüşlər davam edir. Rusiya qoşunları Xarkovdan geri oturdulub və bəzi yerlərdə sərhədə çəkilib.
Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
"Ukrayna Silahlı Qüvvələri yaxınlaşıb, deyirlər artıq hardasa sərhədə gəlib çatıblar. Onlar məğlub olan qoşunların bir hissəsini Rusiya ərazisinə apardılar”, - deyə o bildirib.