Zelenski itə medal verdi
Dərc olunub:
9-05-2022, 10:23
Ukrayna Prezidenti Volodimir Zelenski "Patron" adlı minaaxtaran iti və onun sahibini Rusiyanın işğala başladığı gündən bəri göstərdikləri fədakar xidmətlərə görə medalla mükafatlandırıb.
Zelenski bu barədə Kanadanın Baş naziri Castin Trüdo ilə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
“Torpaqlarımızı minalardan təmizləyən Ukrayna qəhrəmanlarını mükafatlandırmaq istəyirəm. Qəhrəmanlarımızla birlikdə nəinki partlayıcıları zərərsizləşdirməyə, həm də uşaqlarımıza mina təhlükəsi olan ərazilərdə lazımi təhlükəsizlik qaydalarını öyrətməyə kömək edən balaca istehkamçı – "Patronu" da mükafatlandırmaq istəyirəm”, - deyə Zelenski vurğulayıb.
Son xəbərlər