Sizin Reklam Burada

Zelenski qələbə üçün 3 vacib məqamı açıqladı

Zelenski qələbə üçün 3 vacib məqamı açıqladıUkrayna Prezidenti Vladimir Zelenski ölkəsinin qələbə qazanması üçün üç vacib məqamı açıqlayıb.

Bu barədə Zelenski Teleqram səhifəsində paylaşım edib.

"Birincisi silahdır. İkinci Dünya müharibəsi illərində olduğu kimi, bu gün də azadlığın taleyi döyüş meydanında həll olunur. Deməli, Ukrayna tiranlığı məğlub etməyə imkan verəcək bütün silahları və bütün müdafiə vasitələrini almalıdır.

İkincisi sanksiyalardır. Maykl Makfaul və Andrey Yermakın sədrlik etdiyi xüsusi beynəlxalq ekspertlər qrupu bu müharibəyə görə Rusiyaya qarşı sanksiyaları artırmaq üçün Fəaliyyət Planı hazırlayıb. Bunun həyata keçirilməsi vacibdir.

Üçüncü vacib məqam Ukraynaya indiki maliyyə dəstəyi və müharibədən sonra bərpa olunmasına maddi yardımdır. İkinci Dünya müharibəsindən sonra Marşall Planı Avropanın yenidən qurulmasında, inkişaf və böyümə üçün yeni şəraitin yaradılmasında tarixi rol oynadığı kimi, indi də oxşar plana ehtiyac var", - Zelenski qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər